Türklərə vətənini geri qaytaracağıq  - Zelenski 
    
                         
     
                         18.05.2019
 
    
                        Ukrayna Krımı geri qaytaracaq.
Bu sözləri Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski öz Feysbuk səhifəsində Krım tatarlarının deportasiyasının 75 illiyini şərh edərkən deyib.
"İnanıram ki, biz Krım tatarlarının vətənini işğaldan azad edəcəyik. Krıma qayıdış yolu nə qədər uzun olsa da biz Krım tatarları ilə birgə addımlayacağıq. Biz bunu birgə edəcəyik. Unutmayın ki, ən qaranlıq gecə belə şəfəqlə bitir” – deyə o bildirib.