AB Suriyaya qarşı  sanksiyaları uzatdı 
    
                          
     
                         17.05.2019
 
    
                        Avropa Birliyi Suriyaya qarşı sanksiyaları 2020-ci ilin iyununa qədər uzadıb.
Bu məlumatı Avropa Birliyinin Şurası yayıb. Sanksiyaların saxlanılmasına səbəb Suriya hökumətinin vətəndaş cəmiyyətinə qarşı davamlı repressiyaları göstərilib.
Qeyd edək ki, hazırda AB-nin qara siyahısında 270 Suriya vətəndaşı və 70 Suriya şirkətinin adı yer alıb.