07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Deputatlar bu rüsumların ləğvini istədi, akademik razılaşdı

17.05.2019

"Dövlət rüsumu haqqında” Qanunun 32.1.1-ci maddədə qeyd edilir ki, məktəbəqədər təhsil müəssisələri üçün 3 min manat, ümumtəhsil müəssisələri (32.1.2) və məktəbdənkənar təhsil müəssisələri (32.1.3) üçün lisenziya 7 min manatdır. Ancaq biz Vergilər Məcəlləsinə əlavə və dəyişikliklər etdik. Bilirik ki, Azərbaycanda birinci sinifə gedən şagirdlərin hamısı məktəbəqədər təhsillə əhatə olunmur. Məhz buna görə də məktəbəqədər təhsil müəssisələri vergidən azaddır. Əgər biz həmin müəssisələri vergidən azad etmisiksə, məktəbəqədər təhsil müəssisələri üçün 3 min manat, məktəbdənkənar təhsil müəssisələri üçün də 7 min manat rüsum həddən artıq çoxdur. Mən ümumiyyətlə bu qurumların rüsumlardan azad edilməsini təklif edirəm.
Bu sözləri Milli Məclisdə "Dövlət rüsumu haqqında” və "Təhsil haqqında” Qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev deyib.
Həsənquliyev əlavə edib ki, onun özü dəfələrlə məktəbəqədər təhsil müəssisəsi açmaq istəyən iş adamlarına torpaq sahələrinin ayrılması və güzəştli kreditlər verilməsi haqda çağırışlar edib:
"İndi ölkə üçün vacib olan məktəbəqədər təhsilə görə lisenziyanın 3 min manat olması çox böyük rəqəmdir”.
Deputat Musa Urud və Asim Mollazdə də çıxışı zamanı rüsumlara qarşı olduqlarını bəyan ediblər.
Təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyıli isə həmkarlarını qanunun 32.1.1 maddəsi istisna olmaqla digər maddələri dəstəklədiyinə görə təşəkkür edib:
"Biz bu maddəni Təhsil Nazirliyi ilə bir daha müzakirə edərik”.