06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avroviziyada bayrağımıza hörmətsizlik

17.05.2019

İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Avroviziya-2019 mahnı müsabiqəsində insident baş verib.
Yarımfinaldan sonra Azərbaycan nümayəndə heyətinin təşkil etdiyi mətbuat konfransında ölkəmizin adının qeyd olunduğu lövhəyə bayrağımız tərs vurulub. Bu da sosial şəbəkələrdə ciddi etirazlara səbəb olub.
Zəruri qeyd etmək lazımdır ki, Avroviziya mahnı müsabiqələrində keçirilən mətbuat konfransları iştirakçı ölkənin nümayəndə heyəti tərəfindən təşkil olunur. Ölkənin adını bildirən lövhə, bayraq və s. nümayəndə heyətinin üzərinə düşür. Yəni bu tip məsələlər yarışmanı keçirən ölkəyə aid deyil. Sözügedən faktda bayrağımızın tərs vurulmasına görə məsuliyyəti Avroviziya komandamız daşıyır.
Qeyd edək ki, Azərbaycanı yarışda Çingiz Mustafayev "Truth" mahnısı ilə təmsil edir. O, finala vəsiqə qazanıb.