07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Ərdoğan HDP üçün səs istədi” - Sensasion AÇIQLAMA

17.05.2019

İyi Partiyanın başqanı Meral Akşener MHP lideri Dövlət Bağçalının PKK terror təşkilatının lideri Abdullah Öcalanla bağlı açıqlamasına münasibət bildirib.
Akşener MHP-AKP blokunun qarşıdan gələn bələdiyyə seçkilərində səs itirəcəyini bildirib.
Partiya başqanı hesab edir ki, iyunun 23-də İstanbulda keçiriləcək seçkilərdə MHP-nin 4% səsi CHP-nin namizədi Əkrəm İmamoğluna gedəcək:
"7 iyun seçkilərində Ərdoğan hörmətli Bağçalının HDP üçün səs istədiyindən danışdı. Hamımız buna etiraz etdik. İndi də hörmətli Bağçalı Öcalanın vəkilləri ilə görüşməkdə heç bir problemin olmadığını bildirir.
Buna görə də düşünürəm ki, MHP-nin səslərinin 4%-i İmamoğluna gedəcək”.
Qeyd edək ki, PKK-nın həbsdə olan lideri Abdullah Öcalanla görüş qadağasının ləğv edilməsindən sonra açıqlama verən Devlet Bağçalı onun vəkilləri ilə görüşəcəyini bildirib.