06 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Təmsilçimiz finalda - "Eurovision 2019"

17.05.2019

"İçimdə bir güvən hissi, inam var və bu, mənə çox böyük motivasiya verir".
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri"Eurovision 2019" müsabiqəsində finala keçən təmsilçimiz Çingiz Mustafayev şoudan sonra keçirilən mətbuat konfransında deyib.
Səhnədə "Truth" mahnısını ifa edən müğənninin finaldakı çıxış nömrəsi də məlum olub.
O, 18 mayda keçirilməsi planlaşdırılan şounun ikinci hissəsində 20-ci nömrə altından çıxış edəcək.
Qeyd edək ki, Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya ilk yarımfinalda finala vəsiqə qazanan ölkələr olub.
İkinci yarımfinalda Şimali Makedoniya, Niderland, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə, Malta və Azərbaycan finala düşüb.
Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Almaniya və ev sahibi İsrail təmsilçiləri isə birbaşa finalda iştirak edəcəklər.