07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan bu yarışda medal sayına görə birinci olub

16.05.2019

Bakıda keçirilən paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarında iştirak üçün 35 ölkədən 223 idmançı Azərbaycana gəlib. Onlardan 11-i beynəlxalq tibbi təsnifatdan kəsildikləri üçün yarışdan kənarlaşdırılıb. Turnirdə 212 idmançı gücünü sınayıb. Onlardan 150-si kişi, 62-si isə qadın olub.
Azərbaycan Milli Paralimpiya Komitəsindən Azərtac-a bildiriblər ki, idmançılardan əlavə, yarışla ilə əlaqədar Bakıya gələn şəxslərin sayı 143 nəfər olub. Onlardan 18-i beynəlxalq dərəcəli hakim, 6-sı beynəlxalq tibbi təsnifatı həyata keçirən həkim, 7-si texniki heyət, 112-si isə idmançılara xidmət göstərən heyət olub.
Yarışda İtaliya Görmə Məhdudiyyətli İdmançıların Paralimpiya İdman Federasiyası nümayəndə heyəti prezident və vitse-prezidentlər səviyyəsində təmsil olunub.
Beləliklə, yarış ilə əlaqədar paytaxtımıza gələn qonaqların sayı ümumilikdə 400 nəfərə yaxın olub.
nirdə paracüdoçular 13 dəst medal uğrunda mübarizə aparıblar.
Otuz beş ölkədən yalnız 20-si medalçılar sırasında yer alıb. Yarışlarda Azərbaycanı 21 idmançı təmsil edib. Onlardan 11-i kişi, 10-u isə qadın idmançı olub. Azərbaycan paralimpiyaçıları 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıblar ki, bunlardan 2 qızıl, 2 gümüş və 2 bürünc qızların payına düşür. Kişi idmançılarımız isə yarışlarda 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.
Medal sayına görə, Azərbaycan 11 medalla birinci, Özbəkistan 8 medalla ikinci, Rusiya isə 5 medalla üçüncü yerə çıxıb. Medalların əyarına görə, Özbəkistan birinci (4 qızıl), Azərbaycan ikinci (3 qızıl), Ukrayna isə üçüncü (1 qızıl) yerdə qərarlaşıblar.