09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fransa Mənbicə ordu göndərir: Türkiyəyə qarşı ittifaq

30.03.2018

Fransa kürd silahlılarına kömək məqsədi ilə Suriyanın Mənbic bölgəsinə ordu göndərməyi qərara alıb. bu Barədə "Parisien” nəşrinə Parisdə səfərdə olan "Suriya Demokratik Qüvvələri”nin (SDF) nümayəndə heyətinin üzvü bildirib.
Qeyd edək ki, ötən gün Fransa prezidenti Emmanuel Makron SDF nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin üzvünün sözlərinə görə, Fransa rəhbərliyi xüsusi təyinatlı ordu birləşmələrini ən tez bir zamanda Suriyanın Mənbic bölgəsinə göndərməyi qərara alıb. Hərbçilərin sayı açıqlanmır. Məlumata görə, əməliyyat ABŞ hərbçiləri ilə razılaşdırılacaq.
Qeyd edək ki, Türkiyə Milli Təhlükəsizlik Şurası kürd silahlı dəstələrinin dərhal Mənbicdən çıxarılmasını tələb edib. Tələb yerinə yetirilməyəcəyi təqdirdə Ankara bölgədə hərbi əməliyyat keçirəcəyini bəyan edib. 
"DM"