27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zudin: "istiləşmə barədə danışmaq hələ tezdir”

15.05.2019

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Dövlət katibi Mayk Pompeo arasındakı görüşü müsbət qiymətləndirmək olsa da, ölkələr arasındakı münasibətlərin istiləşməsindən danışmaq üçün çox tezdir.
Bu sözləri rusiyalı politoloq Aleksey Zudin deyib.
"Vladimir Putinlə telefon danışığı zamanı Tramp Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışacağını demişdi. Rusiyaya gəldikdə isə ölkə rəhbərliyi dəfələrlə əlaqə və danışıqlar qapısını açıq saxladığını qeyd edib. Danışıqları müsbət qiymətləndirmək olar. Hərçənd istiləşmə barədə danışmaq hələlik tezdir”, - Zudin bildirib.
Ekspertin fikrincə, münasibətlərin istiləşməsi üçün hər hansı bir əsas mövcud deyil, üstəlik, hazırda əlaqələr çox aşağı səviyyədə, demək olar ki, dağılmış vəziyyətdədir.