09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azercell-dən Rəsmi AÇIQLAMA

29.03.2018

Bu gün mətbuatda Yardımlı rayonunun Zevin kəndində qeydə alınan və 1975-ci il təvəllüdlü mühəndis Quliyev Xasay Ağakərim oğlununun ölümü ilə nəticələnən bədbəxt hadisə ilə əlaqədar kədərləndiyimizi bildirir və həmvətənimizin yaxınlarına dərin hüznlə başsağlığı veririk. 
Eyni zamanda "Azercell Telekom” MMC olaraq rəsmi şəkildə bildiririk ki, hadisə "Azercell Telekom” MMC-yə aid avadanlıqlar olan ərazidə baş verməyib və ümumiyyətlə həmin ərazidə tərəfimizdən hər hansı təmir işləri aparılmayıb. Bundan başqa "Loginet” MMC və yaxud Quliyev Xasay Ağakərim oğlu ilə "Azercell Telekom” MMC arasında əməkdaşlıq münasibətləri mövcud deyil, "Loginet” MMC "Azercell Telekom” MMC üçün heç bir xidmətin yerinə yetirilməsinə cəlb olunmayıb. Əlavə olaraq qeyd edək ki, 25.03.2018-ci il tarixdən bu günə qədər qeyd olunan sahədə "Azercell Telekom” MMC-yə məxsus radio baza stansiyanın fəaliyyəti generator vasitəsilə təmin edilib. Xahiş edirik, bu məlumatı "Azercell Telekom” MMC-nin rəsmi açıqlaması kimi qəbul edib, təmsil etdiyiniz mediada yerləşdirəsiniz və gələcəkdə "Azercell Telekom” MMC-yə aid xəbərləri dərc etməzdən öncə şirkətin mətbuat xidməti ilə dəqiqləşdirəsiniz.

Hörmətlə,
Azercell Telekom MMC
Mətbuat Xidməti
"DM"