27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

23 dəfə Everesti fəth edən rekordu təzələdi

15.05.2019

Himalayda yaşayan azsaylı şerp xalqının nümayəndəsi, nepallı Kami Rita dünyanın ən hündür nöqtəsini – Comolunqma (Everest) zirvəsini 23-cü dəfə fəth edərək dünya rekorduna imza atıb.
Azərtac-ın Kyodo informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, 49 yaşlı nepallı Everest zirvəsinə növbəti qalxmanı uğurla başa çatdıraraq özünün bir ildən az davam edən rekordunu yeniləyib.
Kami Rita 8848 metr hündürlükdə yerləşən Comolunqma zirvəsinə ilk dəfə 1994-cü ildə, axırıncı dəfə isə 2018-ci il mayın 16-da 22-ci dəfə qalxmışdı. O, zirvəyə daha iki dəfə qalxmaq və bundan sonra dayanmaq fikrindədir.