09 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

MİT əməliyyat keçirdi: FETÖ-çular Türkiyəyə gətirildi

29.03.2018

Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) FETÖ-PDY-nin (Paralel Dövlət) Balkan qanadına zərbə endirib.
"Dövran Media" xəbər verir ki, bu barədə "Milliyyət” yazıb.
Məlumata görə, MİT-in Kosovo kəşfiyyatı ilə birgə keçirdiyi əməliyyat nəticəsində Türkiyədə axtarışda olan FETÖ-PDY-nin 6 üzvü saxlanılıb. Belə ki, Cihan Özqan, Qəhrəman Dəmirəz, Həsən Hüseyn Günaxan, Mustafa Ərdəm, Osman Qaraqaya və Yusif Qarabina adlı şəxslər MİT-in xüsusi təyyarəsi ilə Türkiyəyə gətirilib.
Saxlanılan şəxslər Balkan ölkələrindəki fəaliyyətləri ilə yanaşı, Türkiyədəki təşkilat üzvlərinin Avropa ölkələri və ABŞ-a qaçırılmasını da təşkil etmək vəzifəsini daşıyıblar.
Cihan Özqan adlı şəxs toplanılan pulların Pensilvaniyadakı FETÖ rəhbərliyinə göndərilməsinə nəzarət edib. Kosovoda çalışan Qəhrəman Dəmirəz təşkilata çox sayda üzv toplanmasına dəstək olub. Həsən Hüseyn Günaxan təşkilatın təhsil qanadına və müəllimlərin fəaliyyətinə nəzarət edib.