27 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

S-400-lərlə bağlı ƏMR VERİLDİ

14.05.2019

Rusiya Prezidenti Vladimir Putin Soçidə Müdafiə naziri Sergey Şoyqu və Silahlı Qüvvələrin səlahiyyətliləri ilə görüşüb.
Prezident görüşdə Rusiya ordusunun ən müasir təchizatlara malik olması ilə bağlı tapşırıqlar verib.
Putin bütün ordunun uzaqmənzilli S-400 və qısamənzilli "Pantsir-S” kimi havadan müdafiə sistemləri ilə təchiz edilməsini istəyib.
"Ordunun müasirləşdirilməsi məsələsində son illərdi əhəmiyyətli irəliləyiş əldə etdik. Rusiya Strateji Raket Qüvvələrinin modern silah səviyyəsi 82%-ə çatıb. Dünyada və bölgəmizdə qlobal təhlükəsizliyə təhdid rolunu oynayan hərbi və siyasi hadisələr yaşanmaqdadır. Ən əhəmiyyətlisi, ABŞ-ın Qısa və Ortamənzilli Raketlərin Ləğvi haqqında razılşamadan çıxmasıdır. Bu proseslər çərçivəsində yenilikçi texnologiyalarla silah sistemlərimizi inkişaf etdirmək lazımdır. Rusiya ordusu Suriyada müharibə şəraitindədir. Rusiyanın təyyarə əleyhinə raket sistemləri hər zaman daha təhlükəsiz olub. Bu səbəbdən, Rusiya Hərbi Hava Qüvvələrini bu sistemlərlə təmin etmək vacibdir”, - Putin bildirib.