28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-dan "Eurovision"-da terror təhlükəsi ilə bağlı xəbərdarlıq

14.05.2019

ABŞ-ın Qüdsdəki səfirliyi İsraildəki vətəndaşlarını terror aktları və raket hücumları təhlükəsi ilə əlaqədar diqqətli və ehtiyatlı olmağa çağırıb.
Verilən xəbərə görə, ABŞ-ın diplomatik missiyasından bildiriblər ki, terror aktları zaman olaraq Tel-Əvivdə keçiriləcək "Eurovision" mahnı müsabiqəsi ilə üst-üstə düşə bilər.
"Terror qruplaşmaları hücum üçün ABŞ-ın Qüdsdə səfirlik açmasının ildönümünü və fələstinlilərin qeyd etdiyi Nakba Gününü (15 may) seçə bilər ki, bu da Tel-Əvivdə keçiriləcək "Eurovision" mahnı müsabiqəsi ilə eyni vaxta düşür", - ABŞ səfirliyinin məlumatında deyilir.
Məlumatda ABŞ vətəndaşlarının diqqətli olmalarının və təhlükəsizlik üçün lazımi addımlar atmalarının və tədbirlər görmələrinin zəruriliyi də vurğulanıb.