27 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qaşıqçını bu vasitəsi ilə yaxalayıblar - Vatsap təhlükəsi

14.05.2019

İsrailin "NSO Group” firmasının ərsəyə gətirdiyi "Peqasus” adlı casus mobil tətbiq Vatsap proqramından istifadə edən bütün telefonlara "bulaşır”.
"Financial Times”ın yaydığı xəbərə görə, casus tətbiqi Vatsap platformasından istifadə edən bütün cihazlara hakerlər tərəfindən uzaqdan yerləşdirmək mümkündür.Vatsapın mətbuat katibi də bu tətbiqin zəng funksiyası vasitəsilə, sadəcə cavabsız zənglər yolu ilə telefonlara sıza bildiyini təsdiq edib.
Tətbiqin nə qədər insana göndərildiyi məlum deyil. Yalnız şirkət istifadəçilərin seçilərək hədəf alındığını açıqlayıb.
"NSO Group” isə məsələ ilə bağlı açıqlama verməyib.
İsrail şirkətinin ərsəyə gətirdiyi mobil tətbiqin adına İstanbulda qətlə yetirilən jurnalist Camal Qaşıqçı cinayətində də rast gəlinir.
Toronto Universitetinin "Citizen Lab” qurumu Səudiyyə Ərəbistanın "NSO Group”dan aldığı casus tətbiqi vasitəsilə Camal Qaşıqçını izlədiyini ortaya çıxarmışdı.