28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident İlham Əliyevlə Paşinyan GÖRÜŞDÜ

14.05.2019

Brüsseldə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qısa söhbət olub.
Bunu Trend-ə Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, görüş Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsünün 10 illiyinə həsr olunmuş tədbir çərçivəsində baş tutub.
N.Paşinyanın açıqlamasına gəldikdə isə, Administrasiya rəsmisi qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının əsas səbəbi Ermənistanın işğalçılıq siyasətidir: "Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoyduqdan sonra münaqişənin həllində irəliləyiş və bölgədə sülh təmin oluna bilər. Danışıqların formatına gəlincə isə, münaqişənin iki tərəfi vardır ki, bu da Ermənistan və Azərbaycandır, danışıqlar bu formatda aparılır".