05 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Karol Krofts: Azərbaycanın müsbət reputasiyası var

14.05.2019

Azərbaycanın istər idman, istərsə də qeyri-idman yarışlarına ev sahibliyi etmək kimi çox yaxşı və müsbət reputasiyası var.
Bu fikirləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts İTV-nin canlı efirində Bakıda keçiriləcək Avropa Liqasının final mərhələsinin oyunu haqqında danışarkən bildirib.
"Çelsi” – "Arsenal” oyununa maraq həddindən artıq böyükdür. Çoxlu britaniyalı azarkeşlər var ki, bilet alaraq, oyunu stadionda izləmək istəyirlər. Səfirlik bu böyük günlə əlaqədar gərgin işləyir. Suallar təkcə oyunla bağlı deyil, oyundan kənar finalın keçirildiyi şəhər və ölkə ilə də bağlıdır.
Bu klubların azarkeşlərinin bir çoxu artıq Bakıda olublar. Çünki finalda qarşılaşacaq komandalar ayrı-ayrı vaxtlarda Bakıda oyunlar keçiriblər. Bundan başqa, "Tottenham” klubu və Şimali İrlandiya yığması da Azərbaycanın paytaxtında olub.
Azarkeşlər internet üzərində lazımi informasiyalar aldıqdan sonra səyahət planlarını qururlar, bundan başqa, onların dəstəklədiyi komandaların da azarkeşlərlə bağlı planları olur. Səfirlik Bakıya təşrif buyuracaq azarkeşləri Bakı aeroportunda qarşılayacaq və orada onlara üzərində mühüm məlumatların əks olunduğu bukletlər paylanacaq. Bununla yanaşı, istənilən konsulluq xidmətləri də azarkeşlərə orada göstəriləcək”.
K.Krofts əlavə edib ki, səfirlik Azərbaycanın rəsmi orqanları ilə həddindən artıq sıx əməkdaşlıq şəraitində işləyir.
"Buraya Britaniyanın rəsmi qurumları da daxildir və onların təmsilçiləri artıq Bakıdadırlar. Hər iki komandanı təmsil edən qruplar da Azərbaycanın paytaxtındadır. London polisinin təmsilçiləri Bakıya gələcək. Lazımi dəstəyi vermək üçün Britaniya nümayəndə heyətləri Bakıya səfərlər edirlər.
Hesab edirəm ki, biz hər iki tərəfi təmsil edən öz işinin peşəkarları ilə işləyirik və işlərimizin nəticələrinin uğurlu olacağına əminəm”.