05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Eurovision” başlayır - bu gün

14.05.2019

Bu gün 64-cü "Eurovision" mahnı müsabiqəsi start götürəcək.
Xəbər verildiyi kimi, layihənin birinci yarımfinalında 17 ölkə təmsilçisi Təl-Əviv Expo Mərkəzinin səhnəsində çıxış edəcək.Onlar Kipr, Çernoqoriya, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estonya, Portuqaliya, Yunanıstan və San Marionodur.
Festivalın açılışını ötən il qalib olan Netta Barzilai və 1998-ci ildə İsrailə birincilik gətirən Dana International edəcək. Layihənin aparıcıları isə Bar Refaeli, Erez Tal, Assi Azar və Lucy Ayoub olacaq.
Artıq dünən birinci yarımfinalın böyük məşqi baş tutub və hər bir ölkənin münsiflər heyəti iştirakçılara ballarını veriblər. Bu məqamda bildirək ki, səslər müsabiqə nəticələrinin 50 faizini təşkil edir. Digər 50% isə sabah bütün çıxışlardan dərhal sonra tamaşaçıların verəcəyi səslərin hesabına əldə olunan xallar olacaq.