05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Region Liqasında çempion müəyyənləşdi

14.05.2019

AFFA-nın təşkil etdiyi Region Liqasının 2018/2019 mövsümünə yekun vurulub.
 "ASCO Arena"da keçirilən final qarşılaşmasında Qusarın "Sahdağ" və Sumqayıtın "Uğur" komandaları qarşılaşıb.
Rəqibini 2:0 hesabı ilə məğlub edən "Uğur" ardıcıl ikinci dəfə Region Liqasının qalibi olub. Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İçtimai Birliyinin prezidenti İskəndər Cavadov, İK-nın üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və Azərbaycan milli komandasının baş məqçisi Nikola Yurçeviç təqdim ediblər.
Vüqar Nadirov Region Liqasının 2018/2019-cu il mövsümünün ən yaxşı oyunçusu adına layiq görülüb.