05 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Amerika 120 minlik ordu ilə İrana qarşı

14.05.2019

ABŞ Müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanahan İranın nüvə silahı hazırlanması prosesini sürətləndirəcəyi və ya ABŞ obyektlərinə hücum edəcəyi halda Yaxın Şərqə 120 minə qədər hərbçinin göndərilməsini özündə ehtiva edən hərbi plan təqdim edib.
Axar.az xəbər verir ki, bu məlumatı "Nyu York Tayms” qəzeti yayıb. Məlumata görə, Şanahan yeni hərbi planını ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə əsas köməkçiləri ilə 9 mayda görüşü zamanı təqdim edib. Yeni planın hazırlanmasında Trampın Milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun təzyiqinin xüsusi rol oynadığı bildirilib.
Yeni planda göstərilən əsgər sayı Trampın köməkçilərini heyrətə gətirib. Belə ki, məhz bu qədər əsgər 2003-cü ildə İraqın işğalıyla bağlı əməliyyatlarda iştirak edib.
Qəzetin mənbələri yeni hərbi planda İrana qarşı quru əməliyyatlarının nəzərdə tutulmadığını deyiblər.