06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəhriyar və Teymur “Grand Prix 2019” turnirində

13.05.2019

Mayın 17-də Moskvada Beynəlxalq Şahmat Federasiyasının (FIDE) və "World Chess” şirkətinin birgə təşkilatçılığı ilə "Grand Prix 2019” seriyasının birinci mərhələsi start götürəcək.
Bu ildən başlayaraq yeni formatda keçiriləcək seriya turnirində Azərbaycanı qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcəklər.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov "Grand Prix 2019” seriyasının birinci mərhələsinin reytinq favoritidir. Şahmatçımız 2017-ci ildə keçirilən sonuncu "Grand Prix” seriyasının qalibi olub.
Digər təmsilçimiz Teymur Rəcəbov isə ötən seriyanı üçüncü pillədə başa vurub.