07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dərsdən qaçan şagird özünü ikinci mərtəbədən atdı

13.05.2019

Bakıda şagirdin özünü məktəbin 2-ci mərtəbəsindən atmasının səbəbi məlum olub.
Bakı şəhəri 273 nömrəli tam orta məktəbdən report-a bildirilib ki, mayın 13-ü saat təxminən 11:20 radələrində tənəffüs zamanı, məktəbin VIII sinif şagirdi dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən əvvəlcə çantasını, sonra özünü aşağı atıbş
Qeyd olunub ki, şagird bədəninin müxtəlif nahiyələrindən zədələr alıb. Dərhal təcili tibbi yardım çağırılıb, şagirdin valideynlərinə xəbər verilib. Hazırda uşaq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, hadisə ilə bağlı xidməti araşdırma aparılır: "Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək. Təhsil müəssisələrində uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır və bu kimi hallara qarşı ciddi tədbirlər görülür".