06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı solist beynəlxalq müsabiqədə iştirak edəcək

13.05.2019

Sankt-Peterburqun Mariinsk Teatrının azərbaycanlı solisti Həmid Abdulov P.İ.Çaykovski adına beynəlxalq müsabiqədə iştirak edəcək.
"Dövran Media" Azərtac-a istinadən xəbər verir ki, P.İ.Çaykovski adına XVI beynəlxalq müsabiqə iyunun 17-dən 29-dək Moskvada və Sabkt-Peterburqda keçiriləcək. Müsabiqənin Rusiya təmsilçiləri arasında Mariinsk Teatrının azərbaycanlı solisti, bariton Həmid Abdulov da var.
Bu il müsabiqədə fortopiano, skripka, violonçel, solo ifaçıları ilə yanaşı, nəfəs alətləri ifaçıları da yarışacaqlar. Təşkilatçılar tanınmış mərhum opera müğənnisi Dmitri Xvorostovskinin xatirəsinə 15 min dollar məbləğində yeni mükafat da təsis ediblər.
Artıq 16-cı dəfə təşkil olunacaq builki müsabiqədə 58 ölkədən 954 ifaçı iştirak edəcək. Müsabiqənin münsiflər heyətinin sədri Mariinsk Teatrının bədii rəhbəri Valeri Gergiyevdir.
Qeyd edək ki, P.İ.Çaykovski adına beynəlxalq müsabiqə dörd ildən bir keçirilir. İlk müsabiqə 1958-ci ildə təşkil olunub.