05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan müşahidəçi statusu aldı

13.05.2019

Azərbaycan 2019-cu ilin 10 may tarixində Sakit okean Alyansının (Pacific Alliance) Meksikanın Mexiko şəhərində keçirilən Nazirlər Şurasının növbəti görüşündə müşahidəçi statusu alıb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, Azərbaycan xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir və bu xüsusda, sözügedən regionda mövcud olan təşkilatlar və iqtisadi birliklərlə fəal əməkdaşlıq etməkdədir.
Qeyd edək ki, Meksika, Kolumbiya, Peru və Çilini özündə birləşdirən və iqtisadi blok olan Sakit okean Alyansı 2012-ci ilin iyun ayında təsis edilib. Ölkəmiz də daxil olmaqla hazırda alyansın 57 müşahidəçi üzvü var.