05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tanınmış hüquqşünaslar Bakıda toplaşacaq

13.05.2019

Sabah saat 10.00-da Bakı şəhəri, Holiday İnn Hotelində Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə "Məhkəmə - hüquq islahatları: Ədalət mühakiməsinin həyata keçirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Bu barədə mətbuata Qara dəniz və Xəzər dənizi Regionu Ölkələrinin Hüquqşünasları Assosiasiyasının prezidenti, hüquq elmləri doktoru, professor İlham Rəhimovun ofisindən məlumat veriblər.
Beynəlxalq konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, respublikamızın, eləcə də, MDB dövlətləri, Türkiyə və Avropanın nüfuzlu hüquqşünasları dəvət olunublar.