05 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yeni panda növü aşkarlandı - FOTO

13.05.2019

Çində aparılan arxeoloji qazıntılar zamanı təxminən beş min il əvvəl yaşamış heyvanın qalıqları tapılıb.
"The Mirror” nəşrinin yazdığına görə, aparılan araşdırmalar nəticəsində həmin canlının bu vaxta qədər elmə məlum olmayan panda növü olduğu ortaya çıxıb.
Tədqiqatçılar nəhəng ölçülü qədim pandanın hazırkı pandaların məskunlaşdığı meşəlik ərazidən kilometrlərlə uzaqda, dərin dərəyə düşərək öldüyünü ehtimal edir.
Omba sümüyü soyuq və qaranlıq şəraitdə minillər ərzində yaxşı vəziyyətdə qaldığından alimlər ondan DNT nümunəsi hasil edə bilib. Bunun sayəsində beynəlxalq tədqiqat qrupu canlının tam genomunu hazırlayaraq, onun əsasında skeletini yenidən qurub.