05 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranla bağlı fövqəladə toplantı başlayır

13.05.2019

Toplantıda İranın nüvə sazişi ilə bağlı qəbul etdiyi son qərar müzakirə olunacaq
Bu gün Belçikanın paytaxtı Brüsseldə Böyük Britaniya, Almaniya və Fransanın Xarici İşlər nazirlərinin İranla bağlı fövqəladə toplantısı keçiriləcək. "Sövran Media" bildirir ki, Sputnik Azərbaycan İranın "Mehr" agentliyinə istinadən verdiyi xəbərə görə, fövqəladə toplantıda İranın nüvə sazişi ilə bağlı qəbul etdiyi son qərar müzakirə olunacaq.
İran ABŞ sanksiyalarına müqavimət göstərə biləcəkmi - politoloq şərh edir
Toplantıya Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini də qatılacaq.
Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani ötən həftə İranla "altılıq" ölkələri arasındakı anlaşmadan danışıb. O bildirib ki, nüvə müqaviləsində iştirak edən tərəflər 60 gün ərzində neft və bankçılıq ilə bağlı öhdəliklərini yerinə yetirməsə, İran yenidən uran zənginləşdirilməsinə başlayacaq.
İranın bu addımından sonra Avropa ölkələri narahat olduqlarını açıqlayıb.
İran və "altılıq" ölkələri (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) arasında razılaşma müqaviləsi 2015-ci il iyulun 15-də imzalanıb. 2018-ci il mayın 8-də ABŞ İranın nüvə proqramı üzrə müqavilədən çıxıb. Bununla bağlı qərarı Prezident Donald Tramp imzalayıb. ABŞ İranla yeni saziş bağlanmayana qədər bu ölkəyə qarşı sanksiya tətbiq edəcəyini bildirib.