06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pulsuz müayinə aksiyası - tələbələr üçün

13.05.2019

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Azərbaycanın bütün ali məktəblərinin tələbələri üçün pulsuz müayinə keçirilir.
Universitetdən verilən məlumata görə, aksiyada pulsuz müayinədən əlavə, pulsuz abdominal USM analizi aparılıb. Zəruri laborator analizlərə isə 50 faiz endirim tətbiq olunur.3 gündür davam edən aksiyadan artıq 30-a yaxın tələbə yararlanıb. Müayinələr ATU-nun qastroenteroloq rezident həkimi Samirə Məmmədova tərəfindən aparılır. Həkimin sözlərinə görə, aksiya çərçivəsində 10 tələbə abdominal USM yoxlanışından keçib. 15 tələbəyə müayinə nəticəsində müalicə yazılıb.
Qeyd edək ki, müayinələr həftə içi saat 15.00-dan 19.00-a qədər, şənbə günləri isə saat 16.00-dan 19.00-a qədər aparılır. Kampaniya iyunun 1-dək davam edecek.