08 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Eurovision”un qalibi vəfat edib - VİDEO

08.01.2018

Fransız müğənni Frans Qall 70 yaşında vəfat edib.

Bu barədə baza günü, yanvarın 7-də, "France Info” nəşri məlumat yayıb.

Qeyd olunur ki, müğənni son iki ildə onkoloji xəstəliklə mübarizə aparırdı. Qall dekabrın ortalarında Paris yaxınlığında xəstəxanaların birinə yerləşdirilmişdi.

Bildirilir ki, hələ 1993-cü ildə həyat yoldaşı Mişel Birjenin ölümündən sonra müğənniyə süd vəzisinin xərçəngi diaqnozu qoyulmuşdu.
Qall musiqi karyerasına 1963-cü ildə, 16 yaşında başlayıb. İki il sonra, 1965-ci ildə o, "Eurovision” müsabiqəsində "Poupée de cire, poupée de son” mahnısı ilə Lüksemburqu təmsil edərək qalib gəlib./Oxu.az/