15 09 2025-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Komitə sədri: Onların başına gələnlər şou kimi təqdim edilir

13.05.2019

Qadınların başına gələn hadisələr hansısa saytlarda şou kimi təqdim edilir. Buna bir az hörmətlə yanaşılmalıdır.
Bunu Avropa Şurasının "Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Bakıda keçirilən "Gender bərabərliyi və media" adlı konfransda çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
Onun sözlərinə görə, bu kimi məsələlərdə qadınların və uşaqların hüquqları qorunmalıdır: "Bəzən məişət zorakılığına məruz qalan qadın və uşaqlar haqqında yayılan informasiyalar onların gələcək həyatı üçün də müəyyən problemlər yaradır. Nəzərə alınmalıdır ki, onların da yaşamaq hüququ var və bu hüquqa hörmətlə yanaşılmalıdır. Jurnalistlər bu kimi məsələlərə diqqət yetirməlidirlər".