05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Güləşçilərimiz 6 medalla qayıdırlar

13.05.2019

Ukraynanın paytaxtı Kiyevdə bu ölkənin tanınmış güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən beynəlxalq turnirə yekun vurulub.
Xəbər verildiyi kimi, yarışın son günündə yunan-Roma güləşi üzrə Azərbaycan yığması 4 medal qazanıb.
Sakit Quliyev (60 kq) gümüş, Murad Bazarov (60 kq), Kərim Cəfərov və Elman Muxtarov (hər ikisi 67 kq) isə bürünc medalın sahibi olub.
Bununla da millimizin qazandığı medalların sayı 6-ya çatıb. Belə ki, daha öncə Sənan Süleymanov (72 kq) qızıl, Zamir Məhəmmədov (97 kq) isə bürünc medal əldə etmişdi.
Xatırladaq ki, Memorialda beynəlxalq dərəcəli hakim Natiq Hacıyev ədaləti qoruyub.