09 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tramp Ermənistana yardımı dayandırdı

29.03.2018

ABŞ prezidenti Donald Tramp Konqres tərəfindən təsdiq olunmuş ABŞ büdcəsini imzalayıb.
"Dövran Media" xəbər verir ki, büdcəyə əsasən, Ukrayna və Gürcüstandan fərqli olaraq, Ermənistan maliyyə yardımı almayacaq.
Erməni saytı Verelq.am büdcə layihəsinin mətnindən sitat gətirərək yazır:
"Gürcüstana yardım qismində 105 milyon 325 min dollar təqdim olunmalıdır. Ukrayna isə 420 milyon 700 min dollar həcmində yardım almalıdır”.
Bu məbləğə Ukraynaya 200 milyon dollar həcmində hərbi yardım daxil deyil.
Xatırladaq ki, bundan əvvəl Ermənistana 60 milyon dollar həcmində yardım ayrılması üçün 37 amerikalı konqresmen müraciət etmişdi. Onlar 30 milyon dollar iqtisadi, 30 milyon dollar hərbi yardım və 20 milyon dollar Yaxın Şərqdə yaşayan erməni qaçqınlar üçün yardım istəyiblər.