06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Qarabağ” muğam qrupu Ankarada

12.05.2019

Görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaranmasının 25 illiyi münasibətilə Türkiyənin paytaxtı Ankara şəhərində möhtəşəm muğam konserti keçirilir.
Azərbaycanın Türkiyədəki səfirliyi, UNESCO, UNESCO üzrə Türkiyə Respublikasının Milli Komissiyası və SOCAR tərəfindən birgə təşkil olunan konsertdə ölkəmizin "Qarabağ” muğam qrupu musiqisevərlərin görüşünə gəlib.
Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestrinin konsert salonunda təşkil olunan muğam gecəsi Azərbaycandan və qardaş ölkədən rəsmi şəxsləri, Ankara ictimaiyyətinin görkəmli simalarını, o cümlədən bu şəhərdəki soydaşlarımızı bir araya gətirib.