07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan cüdoçuları 7 medal qazanıblar

12.05.2019

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Böyük dəbilqə" beynəlxalq turnirinin son günündə cüdoçularımız 3 medal qazanıblar.
Komandamızın üzvü Məmmədəli Mehdiyev (90 kq) finalda serbiyalı Nemanja Majdova məğlub olaraq gümüş medalla kifayətlənib.
Digər idmançımız Zelim Kotsoyev (100 kq) isə bürünc medal uğrunda rəqibi monqolustanlı Ottonbator Lxaqvasurenə qalib gəlib.
Qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) üçüncü yer uğrunda belaruslu Marina Slutska ilə döyüşdə qələbə qazanıb.
Bununla da komandamızın turnirdə qazandığı medalların sayı 7-yə (1 qızıl, 2 gümüş, 4 bürünc) çatıb.
Turnirdə 57 ölkədən 450-yə yaxın cüdoçu mübarizə aparıb. Millimiz turnirdə 43 idmançı (28 oğlan, 15 qız) ilə təmsil olunub.