07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ufaya birbaşa uçuşlara başlanılıb

12.05.2019

Mayın 12-də "Buta Airways” lou-kost aviaşirkəti Bakıdan Rusiyanın daha bir şəhəri - Ufaya birbaşa uçuşlara başlayıb.
Aviareysin açılış mərasimində birbaşa uçuşların təşkilinin hər iki ölkənin turizm və iqtisadi potensialına böyük töhfə verəcəyi bildirilib. Qeyd edilib ki, Bakı-Ufa-Bakı aviareysinə sərnişin tələbatının böyük olacağı proqnozlaşdırılır. Bakı-Ufa-Bakı aviareysi cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Bu istiqamətə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edir.
Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında ("Büdcə” və "Standart” tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində ("Super” tarifi ilə) əldə etmək mümkündür.
Lou-kost aviaşirkət olaraq, "Büdcə” minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.
10 kiloqramadək çəkisi olan əl yükü, çəkisi 23 kiloqramadək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super” tarifi üzrə aviabiletləri satış ofislərində əldə etmək mümkündür.
Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.
Qeyd edək ki, Rusiyaya yeni istiqamətlərin açılması iki ölkə arasında turist axınını daha da artıracaq.