06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çin “Mercedes-Benz”-in səhmlərini almaq istəyir

11.05.2019

Çinin "BAİC Group” şirkəti "Mercedes-Benz” avtomobillərini istehsal edən "Daimler” şirkətinin səhmlərinin 5 faizini almaq istəyir.
Bu barədə Çin Mərkəzi Televiziyası xarici mənbələrə istinadla məlumat yayıb. "BAİC Group”un bu niyyəti barədə "Daimler”i hələ ilin əvvəlində məlumatlandırdığı bildirilir. Hələlik heç bir şirkət bu barədə rəsmi açıqlama verməyib.
Qeyd edək ki, "BAİC” və "Daimler” əməkdaşlığa 2005-ci ildə müştərək "Beijing Benz Automotive” müəssisəsini yaratmaqla başlayıblar. Çində "Mercedes-Benz” avtomobillərinin yığılması ilə məşğul olan şirkət həm də "Daimler”in Almaniyadan kənarda yeganə avtomobil mühərriki zavoduna malikdir.