07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Qarabağ” azarkeşlərinə bilet almaqda kömək edəcək

11.05.2019

"Neftçi”nin bizimlə oyuna biletlərin qiymətini 50 manata qaldırmasını birinci dəfə sizdən eşidirəm.
Bunu oxu.az-a "Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl bildirib.O qeyd edib ki, biletlərin qiymət artımını kommersiya məqsədilə ediblər: "Neftçi”nin siyasətinə başqa klub olaraq qarışa bilərik. Bu qiymət artımında "Qarabağ” azarkeşlərinin stadiona gəlməsinin qarşısının alınması məqsədi də ola bilər, başqa səbəb də ola bilər.
Amma istənilən halda biz klub olaraq azarkeşlərimizin arxasındayıq. Onlar üçün bilet təşkilində yardımçı olmağa hazırıq”.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasının XXVIII turu çərçivəsində bu gün saat 18:00-da "Bakcell Arena”da keçiriləcək "Neftçi” - "Qarabağ” oyununun biletlərinin qiyməti qaldırılıb.