06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İmamoğlu: "Yaxınlarımdan halallıq alıb evdən çıxıram"

11.05.2019

İstanbul bələdiyyəsinə seçkilərdə qalib gəldiyi elan olunan, amma sonradan Yüksək Seçki Qurumu tərəfindən mandatı ləğv edilən CHP namizədi Əkrəm İmamoğlu xarici mediaya açıqlamalar verib.
Bunların arasında Almaniyanın DW-türkcə və WDR Cosmo, eləcə də İngiltərənin BBC, The Guardian və The Times kimi media orqanları da var.
Əkrəm İmamoğluna ünvanlanan suallar arasında onun 2023-cü ildə prezidentliyə namizəd olub-olmayacağı da yer alıb. CHP namizədi Rəcəb Tayyib Ərdoğana rəqib olmaqdan çəkinmədiyini deyib.
Əkrəm İmamoğlu Türkiyədəki demokratik durumdan, o cümlədən özünü gözləyən həbs təhlükəsindən də söz açıb. "Həbs olunmaqdan qorxursunuzmu" sualına o, belə cavab verib:
"Evdən, uşaqlarımdan, həyat yoldaşımdan, anamdan, atamdan, yaxınlarımdan halallıq alıb evdən çıxıram. Bunun nə demək olduğunu cəmiyyətimiz yaxşı anlayır..."
CHP təmsilçisi Türkiyədə demokratiyanın da təhlükə altında olduğunu bəyan edib: "Türkiyədə demokratiya uğrunda mübarizə və cəhdlər davam etməlidir. İnansanlarda buna fövqəladə inam görürəm. Mən onların sadəcə səsi və simasıyam"./teleqraf-com/