06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gürcüstandan uçan təyyarə məcburi endirildi - SƏBƏBİ

11.05.2019

Tiflisdən havaya qalxan və Pakistanın Kəraçi şəhərindən keçməklə Hindistanın Dehli şəhərinə hərəkət edən An-12 yük təyyarəsi Hindistan Hərbi Hava Qüvvələri tərəfindən Caypur bölgəsində məcburi yerə endirilib.
KİV-in məlumatına görə, təyyarəyə baxış həyata keçirildikdən və ekipaj üzvləri dindirildikdən onun hərəkət etməsinə izn verilib.
Təyyarənin yerə endirilməsinə əsas səbəb kimi onun yerüstü xidmətlərin radiosorğularına cavab verməməsi və öncədən nəzərdə tutulan marşrut üzrə hərəkət etməməsi göstərilib.
Hindistan mətbuatı isə Tiflisdən havalanan təyyarənin Ukraynaya aid olması barədə məlumat yayıb. Hələlik nə mətbuat, nə də rəsmi mənbələr təyyarədə hansı yüklərin daşınması barədə məlumat paylaşmayıb.