09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan-İran biznes forumu başladı+FOTOLAR -YENİLƏNİB

29.03.2018

Bakıda Azərbaycan-İran biznes forumu keçirilir.
Heydər Əliyev Mərkəzində keçirilən biznes forumda Azərbaycan prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Həsən Ruhani iştirak edirlər.
***
Əvvəlcə Neftçala Sənaye Məhəlləsində görülən işləri əks etdirən videoçarx göstərilib.
Prezident İlham Əliyev və Prezident Həsən Ruhani Neftçala Sənaye Məhəlləsində inşa olunan "Azərmaş” ASC və "İran Khodro” şirkətinin birgə "Xəzər” avtomobil zavodunun açılışını bildirən düyməni basıblar.
Sonra avtomobil zavodunda istehsal prosesini əks etdirən videoçarx təqdim olunub.
Daha sonra Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Azərbaycanın sərmayə yatırdığı İranın Astara Yük Terminalına dair videoçarx nümayiş etdirilib.
Dövlət başçıları biznes forumda nitq söyləyiblər.
"DM"