05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BBAK-dan yenilik:Yükləri daşımaq üçün pulsuz xidmət

10.05.2019

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı Nəqliyyat Qovşağında sərnişinlərə yüklərini daşımaq üçün arabalar təqdim edilir.
BBAK-nin mətbuat xidmətinin rəhbəri Pərvin MəmmədovanınPublika.az-a verdiyi məlumata görə, sərnişinlər arabalardan pulsuz istifadə edə biləcək.
"Bir neçə müddətdir fəaliyyətə başlayan Nəqliyyat Qovşağında sərnişinlər yüklərini bir yerdən başqa yerə onlar üçün nəzərdə tutulan arabalarla daşıya bilər. Sərnişinlərdən tək xahişimiz arabaları istifadə etdikdən sonra digər sərnişinlərin də xidmətdən istifadə edə bilməsi üçün yerinə qoymasıdır. Bu halda bütün sərnişinlər xidmətdən rahat şəkildə yararlana bilər. Bir daha qeyd edim ki, yüklərin daşınması üçün nəzərdə tutulan arabalar ödənişsizdir”.