05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Braziliyada dörd güləşçimiz yarışacaq

10.05.2019

Mayın 10-11-də Braziliyanın Rio de Janeyro şəhərində çimərlik güləşi üzrə Dünya Seriyası turniri keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından  verilən məlumata görə, martda Portuqaliyanın Çaves şəhərində təşkil olunan analoji yarışda çıxış etmiş güləşçilərimiz Braziliyada da qüvvələrini sınayacaqlar. Belə ki, məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Pənah İlyaslı (70 kq), İbrahim Yusubov (80 kq), Kənan Əliyev (90 kq) və Oyan Nəzəriani (+90 kq) ölkəmizi okeanın o tayında təmsil edəcək. Beynəlxalq dərəcəli hakim Bəşir İsazadə isə ədaləti qoruyacaq.
Xatırladaq ki, Portuqaliyada Nəzəriani qızıl, İlyaslı və Yusubov isə gümüş medal qazanmışdı. Hər iki yarış payızda ABŞ-da keçiriləcək Dünya Çimərlik Oyunlarına lisenziya xalları verir.