05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çürcü lideri satqın, qul adlandırıldı

10.05.2019

Gürcüstan Prezidenti Salome Zurabişvili Qələbə günü münasibətilə Vake parkında II Dünya müharibəsi veteranlarını təbrik edib.
Bundan sonra o,veteranlar qarşısında çıxış edərək, II Dünya müharibəsində həlak olan hər kəsin hörmətə layiq olduğunu bildirib.Prezident II Dünya müharibəsində iştirak edən bütün gürcülərin ölkələrinin azadlıq və müstəqilliyi uğrunda mübarizə apardığına inandıqlarını iddia edib.
Vake parkında Zurabişvilinin ziyarət etdiyi rusiyayönlü qüvvələrin "Ölümsüz alay” aksiyası ilə eyni anda Rusiya işğalına qarşı da aksiya keçirilib. Aksiyanın təşkilatçıları olan "İşğalçı Rusiya” hərəkatının üzvləri Zurabişvilini Vake parkında fitə basıblar. Onlar gürcü liderini satqın, qul adlandırıb və etiraz olaraq Gürcüstanın milli qəhrəmanı, 2008-ci il müharibəsində vəhşicəsinə öldürülən Georgi Antsuxelidzenin şəklini qaldırıblar.