05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tramp Con Kerrinin məsuliyyətə cəlb olunmasını TƏLƏB EDİR

10.05.2019


ABŞ Prezidenti Donald Tramp keçmiş senator və sabiq dövlət katibi Con Kerrini İran hökumətindən olan yüksəkvəzifəli şəxslərlə görüşdüyünə və onların "nə etməli olduğunu” deməsinə görə cümə axşamı onu məsuliyyətə cəlb etməyə çağırıb.
Kerri Trampın ittihamlarını qətiyyətlə rədd edir. ABŞ KİV-ləri Con Kerriyə yaxın mənbəyə istinadla bildirirlər ki, Tramp ABŞ-ı İranın nüvə sazişindən çıxarandan bəri keçmiş dövlət katibi İran hökumətinin üzvləri ilə danışmayıb.
Trampın müşavirləri İrana münasibətdə gələcək addımları müzakirə etmək üçün cümə axşamı Ağ evdə görüşüblər. Prezident Tramp deyib ki, o, İran ilə müharibə etmək arzusunda deyil və İran rəhbərliyi ilə danışıqlar aparmaq istəyir. Lakin Prezidentin sözlərinə görə, məhz Kerri bunun qarşısını alıb. Tramp deyib: "Con Kerri onlara deyir ki, zəng etməsinlər. Bu, Loqan qanununun pozulması deməkdir və açığını deyim ki, Kerri bu hərəkətinə görə məsuliyyətə cəlb edilməlidir, lakin mənim əməkdaşlarım heç nə etmək istəmirlər”.
Loqan qanununa görə, Amerika vətəndaşlarının xarici dövlətlərin rəsmləri ilə şəxsən danışıqlar aparması qadağandır. 1799-cu ildə imzalanmış bu qanuna əsasən qeyri-rəsmi şəxslərin xarici hökumətlərlə Birləşmiş Ştatlara aid məsələlərə dair federal hökumətin icazəsi olmadan danışıqlar aparmasına və ya əməkdaşlıq etməsinə görə cəza nəzərdə tutulur. Bu qanun filadelfiyalı həkim, fermer və siyasətçi Corc Loqanın şərəfinə belə adlanıb. Loqan 1798-ci ildə ABŞ-ın milli maraqlarına etinasızlıq göstərərək Fransa ilə razılıq əldə etməyə cəhd göstərib. Bu gün Loqan qanununu pozanlar barəsində 3 ilə qədər həbs cəzası nəzərdə tutulur, lakin Amerika tarixində hələ heç vaxt bu qanun praktikada tətbiq edilməyib.