05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Onların adı əbədiləşdirildi - FOTO

10.05.2019

Tufandağ zirvəsinə yürüş edərkən itkin düşən alpinistlər Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin adı həmin ərazidə əbədiləşdirilib.
KİV-in məlumatına görə, bu haqda mərhum alpinist B. Hüseynovun qohumu aparıcı Cəlalə Nəzəroğlu sosial şəbəkədə məlumat yayıb. Aparıcı qeyd edib ki, hər üç alpinistin adı qeyd edilən lövhə Mahmuddərə ərazisində qayaya vurulub. Lövhədə "Gələnlər keçdi getdi, torpaq qaldı, daş qaldı" sözləri də yazılıb.
Qeyd edək ki, Tufandağ istiqamətində yürüşə çıxmış alpinistlər 2017-ci ilin dekabr ayında itkin düşmüşdü, 2018-ci il mayın 18-də isə meyitləri tapılaraq ailələrinə təhvil verilmişdi. Babur Hüseynov Astaranın Giləkəran kənd qəbiristanlığında, Fəridə Cəbrayılzadə Masallı rayonunu Şərəfə kənd qəbiristanlığında, Namin Bünyatzadə isə Şəmkir rayonunun Çinarlı qəbiristanlığında atasının yanında dəfn edilib.