03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Baxçalıdan İstanbul seçkisinə reaksiya

08.05.2019

Türkiyənin normallaşmağa ehtiyacı var. Sıxılan yumruqlar açılmalı, gərginliklər azaldılmalıdır. Tərəddüdlə keçiriləcək vaxtımız qalmayıb.
Bu sözləri MHP sədri Dövlət Baxçalı Ali Seçki Qurumunun İstanbulda seçki nəticələrini ləğv etməsi ilə bağlı danışarkən deyib.
"Qütbləşərək məsafə qət edə bilmərik. Gedəcək başqa ölkəmiz yoxdur. Gündəlik siyasi qayğıları bir kənara qoyub, mənfəət hesablarından qaçmaq lazımdır. ASQ İstanbul seçkiləri ilə bağlı etirazları müzakirə edib ədalətli bir qərarla millətimizin ürəyinə su səpdi”, - Baxçalı bildirib.
Qeyd edək ki, Türkiyənin Ali Seçki Qurumu İstanbulda seçki nəticələrinin ləğv edilməsi və 23 iyunda təkrar seçki keçirilməsi ilə bağlı qərar qəbul etmişdi.