03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sosiskadan qurd çıxdı, araşdırma başladı

08.05.2019

Mediada sosiskaların içərisindən qurdların çıxması ilə bağlı yayılan görüntülərlə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalara başlanılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Trend-ə bildiriblər ki, araşdırmaların nəticəsində qanunvericiliyin tələbləri çərşivəsində tədbirlər görüləcək:
"Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək. Agentlik vətəndaşlardan xahiş edir ki, belə hallarla qarşılaşdıqda videonun çəkildiyi tarix, məkan və müəssisənin adı, məhsulun əmtəə nişanını qeyd etməklə Agentliyin 1003 "Çağrı Mərkəzi”nə zəng edib məlumat versinlər".
Qeyd edək ki, dünən paytaxtdakı marketlərdən birindən alınmış sosiskalardan qurdların çıxması barədə məlumatlar yayılmışdı.