03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AKP yolun ən pisini seçdi - Ekspert

08.05.2019

Ali Seçki Qurumunun İstanbulda seçimlərlə bağlı qərarı yalnız siyasi səhnədə deyil, həm də iqtisadi sahədə Türkiyənin durumunu xeyli pisləşdirib.
Bu fikirlərlə iqtisadçı ekspert Qubad İbadoğlu çıxış edib.
İqtisadçı bildirib ki, hazırda baş verənlər hələ başlanğıcdır:
"Hesab edirəm ki, prosesin gedişində Türkiyədə vətəndaş fəallığı artacaq, müxalifətin daha çevik və geniş konsolidasiyası baş verəcək, iqtisadiyyatın barometrinə çevrilmiş türk lirəsi daha da dəyərdən düşəcək, inflyasiya artacaq, yaşam şərtləri bir az da çətinləşəcək. Bir sözlə, perspektivlər Ərdoğan hakimiyyəti üçün yaxşı nəticələr vəd etmir. Hesab edirəm ki, hakimiyyət gözlənilmədən qarşılaşdığı iki pis ssenarinin arasından ən pisini seçdi”.