03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hamlet Qoca VƏFAT ETDİ

07.05.2019

Tanınmış yazıçı və tərcüməçi, Fransanın "İncəsənət və ədəbiyyat komandoru” ordeninə layiq görülmüş Hamlet Qoca vəfat edib.
Bu barədə məlumatı tərcüməçi Səlim Babullaoğlu qeyd edib.
"Görkəmli tərcüməçi və ədib Hamlet Qoca Allahın rəhmətinə qovuşub. Ailə üzvlərinə, bütün yaxınlarına - xalq şairi Fikrət Qocaya, Güldəniz Qocayeva, dostlarım Babək Qocaya, İldırım Qocayevə başsağlığı verirəm. Yeri behişt olsun! Allah səbr versin”, - S.Babullaoğlu bildirib.
Qeyd edək ki, 1965-ci ildə ali təhsilini tamamlayıb Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda əmək fəaliyyətinə başlamış Hamlet Qoca "Gənclik” nəşriyyatında redaktor, Asiya və Afrika ölkələri ilə Respublika Həmrəylik Komitəsində məsul katib, "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Avropa ölkələri üzrə baş redaksiyasında baş redaktor, Malidə tərcüməçi və Əlcəzairdəki səfirliyin mədəniyyət mərkəzində şöbə müdiri, Milli Məclisin beynəlxalq münasibətlər şöbəsində baş məsləhətçi vəzifələrində işləyib.