02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Jurnalistın prezidentliyə namizədliyi qeydə alındı

06.05.2019

Qazaxıstan Mərkəzi Seçki Komissiyası bu gün daha bir nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Bu barədə Qazaxıstan MSK-nın mətbuat xidməti məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, bu, siyasi xadim, jurnalist Amircan Kosanovdur. Onun namizədliyi "Ult taqdırı” ("Xalqın taleyi”) milli-vətənpərvərlər hərəkatı tərəfindən irəli sürülüb.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, A.Kosanovun namizədliyinin dəstəklənməsi üçün Qazaxıstanın 14 bölgəsindən 131,2 min imza toplanıb. Onlardan 129,5 min imza etibarlı hesab edilib.
"Prezidentliyə namizəd Amircan Saqidrəhmanoviç Kosanovun qeydiyyata alınması üçün lazım olan bütün sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilib və qanunvericiliyin tələblərinə tam uyğundur”, – deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, MSK bundan öncə 6 nəfərin namizədliyini qeydə alıb. Bunlar hazırkı prezident Kasım-Jomart Tokayev, Qərbi Qazaxıstan vilayətinin həmkarlar ittifaqının sədri Amangəldi Taspixov, yazıçı Sadıbek Tuqel, "Ak Yol” Partiyasından Qazaxıstan parlamentinin aşağı palatasının deputatı Daniya Yespayeva, Qazaxıstan milli aqrar elmi-tədqiqat mərkəzinin rəhbəri Toleutaya Rahimbəyova və Qazasıxtan Kommunist Partiyasından olan parlamentin aşağı palatasının üzvü Jambıl Əhmədbəyovdur.